Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün valyuta hərracı keçirilib - SATILAN DOLLARIN MƏBLƏĞİ AÇIQLANDI

Baxış: 387



Bu gün valyuta hərracı keçirilib - SATILAN DOLLARIN MƏBLƏĞİ AÇIQLANDI


19 sentyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Sahibkartv.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 26,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.  
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki,14 sentyabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 25,1 milyon ABŞ dolları təşkil etmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 68 valyuta hərracında banklara cəmi 2 milyard 452,03 milyon dollar satılıb. 
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.