Brent neftinin qiyməti 2022-ci il noyabrın 15-dən bəri ilk dəfə olaraq bir barel üçün 95 dolları ötüb.
Sahibkartv.az xəbər verir ki, qiymətlər neft qıtlığı proqnozları fonunda yüksəlir.
Həmçinin bazar Çinin iqtisadi bərpası ilə bağlı nikbinliklə də dəstəklənir.
Brent markalı neftin qiyməti 0,54% artaraq 95,08 dollar/barel təşkil edib. Eyni zamanda, WTI markalı xam neftin noyabr fyuçersləri 0,25% bahalaşaraq bir barel üçün 91,34 dollar olub.




































