Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda son 1 həftədə koronavirus ilə bağlı son vəziyyət

Baxış: 192


Azərbaycanda son 1 həftədə 142 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son 1 həftədə koronavirus ilə bağlı son vəziyyət


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (11-17 sentyabr) 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.
Ölkədə son həftə ərzində 3 012, hazırkı dövrədək isə 7 680 488 test aparılıb.
XXX
Azərbaycanda sentyabrın 11-dən 17-dək koronavirus (COVID-19) əleyhinə 223 vaksin vurulub.
Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 150, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 368, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 336, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 424 təşkil edir.*

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.