Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Azərbaycanın bank sektoru yaxşılaşıb, lakin hələ də kifayət qədər zəifdir" - FİTCH

Baxış: 161


"Azərbaycanın bank sektoru yaxşılaşıb, lakin hələ də kifayət qədər zəifdir" - FİTCH


"Azərbaycanın bank sektoru yaxşılaşıb, lakin hələ də kifayət qədər zəifdir".
Sahibkartv.az xəbər verir ki, bu, beynəlxalq kredit reytinqi agentliyi Fitch-in Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defoltu reytinqin təsdiq ediləməsilə əlaqədar olaraq yayımladığı press-relizdə bildirilir.

Qeyd edilib ki, qeyri-işlək kreditlərin xüsusi çəkisi 2022-ci ilin sonundakı 3.8%-dən iyul ayında 3.5%-ə düşüb. Buna kredit portfelinin güclü artımı kömək edib.
Kapitallaşma 17,8% səviyyəsində adekvat olaraq qalır. Kredit portfelinin faiz gəlirlərinin artması ilə dəstəklənən sektor gəlirli olaraq da qalır. Uçot dərəcəsinin artırılması "tələb olunan depozitlərin üstünlük təşkil etməsi səbəbindən" maliyyələşdirmə xərclərinə təsir göstərmir.
İyulda depozitlərin dollarlaşması 2020-ci ilin birinci yarısının sonundakı 60%-dən 42%-ə düşüb, lakin Azərbaycanın təmsil olunduğu qrupdakı tarixi ortalama olan 35%-dən xeyli yuxarıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.