Prezident İlham Əliyev noyabrın 4-də Azərbaycanın “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi (CMR) ilə bağlı Əlavə Protokola qoşulması ilə bağlı qanunu imzalayıb. "Sahibkartv.az"a müsahibə verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev dövlət başçısının təsdiqlədiyi sənədin əhəmiyyətini şərh edib:
- Anar müəllim, ilk öncə ondan başlayaq ki, CMR nədir, harada və necə tətbiq olunur?
- Əvvəlcə qeyd edim ki, Azərbaycan “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyaya 2000-ci ildə qoşulub. Konvensiyanın əsas mahiyyəti isə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdir. Hazırda bu Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi, yəni CMR tətbiq olunur.
“Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol” “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyaya 2008-ci ildə əlavə edilib və bu Protokol 2011-ci ildə qüvvəyə minib. Əlavə Protokolun da əsas mahiyyəti beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi üçün imkan yaratmaqdır.
- Belə anlaşılır ki, elektron əmtəə-nəqliyyat qaiməsi kağız CMR-ı əvəzləyəcək?
- Xeyr, elektron əmtəə-nəqliyyat qaiməsi kağız üzərində tərtib edilən CMR-ın alternativ formasıdır və kağız üzərində tərtib edilən CMR-ın ləğvini nəzərdə tutmur. Sadəcə e-CMR tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi, resurslara qənaət edilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması və daxil edilmiş məlumatlarda dəqiqliyin təmin olunması kimi üstünlüklərə malikdir. Hazırda sözügedən Əlavə Protokola 27 ölkə qoşulub. 2011-ci ildə qüvvəyə minməsinə baxmayaraq e-CMR-dan istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ildə həyata keçirilib.
- Elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı Əlavə Protokola qoşulmaq Azərbaycana nə vəd edir? Ölkəmiz bundan nə əldə edəcək?
- Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Baş Nazirin I müavininin 16 mart 2020-ci ildə təsdiq etdiyi “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun 2020-ci il üçün Fəaliyyət Planı”nda ölkəmizin “Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol”a qoşulması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.
AYNA-nın fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir. O, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılmasına və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir, həmçinin beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payının artırılmasını, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarətin və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təviq edir. Məlum olduğu kimi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi hazırda ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycanın sözügedən Əlavə Protokola qoşulması yerli daşıyıcılar üçün e-CMR-dan istifadə üçün şərait yaratmaqla yanaşı, onların Avropa İttifaqı bazarında rəqabət qabiliyyətinin artmasına da töhfə verəcək.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Anar Rzayev: "Prezidentin təsdiqlədiyi yeni sənəd beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payını artıracaq"
Bölməyə aid digər xəbərlər
Tarix: 17-11-2022, 09:21 Oxunub: 204
Bölməyə aid digər xəbərlər
4-11-2022, 13:35
Azərbaycan “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulub
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
11-10-2021, 16:36
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılır - FƏRMAN
23-09-2021, 12:27
Sahibkarsan? Biznesin artıq CİBindədir!
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
4-02-2021, 15:38
Sahibkarlara gömrük əməliyyatlarında Tam xidmət göstəririk
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
30-11-2020, 12:42
Sahibkarlıq subyektləri üçün elektron xidmətlərin təşkili
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO