Artıq 6 aydır ki, davam edən Ukrayna müharibəsinin uzanması ilə Avropa üçün enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaş kimi Azərbaycanın rolu getdikdə daha da artmaqdadır.
“Sahibkartv.az” xəbər verir ki, Ukraynadakı müharibə səbəbindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya qazından tədricən imtina etməyi nəzərdə tutur. Bununla əlaqədar olaraq, öz enerji təhlükəsizliyi ilə bağlı daha çox narahat olmağa başlayan Qərb alternativ qaz nəqli yolları tapmağa çalışır. Bu yollardan biri də Azərbaycandır.
Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə artıq İtaliyaya təbii qaz ixrac edən Azərbaycan dəfələrlə bu marşrutla nəqlin artırılması haqqında danışıb.
“Azərbaycan təbii qaz ixracı həcmlərini artırmaq potensialına malikdir. Hazırda bu məsələ ilə bağlı avropalı həmkarlarla aktiv müzakirələr aparılır. Biz tezliklə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin ikiqat artırılmasını gözləyirik” – Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bir müddət əvvəl bildirib.
Bundan bir ay sonra Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı.
“Bu gün imzalanan memorandum əməkdaşlığımızı daha da gücləndirəcək. Bu sənəddən üç məqamı xüsusi qeyd etmək istərdim. Birincisi, biz Azərbaycandan Aİ-yə təbii qaz nəqlini artırmağı planlaşdırırıq. Bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, Aİ üçün çox vacib təchizat marşrutudur. Biz yaxın bir neçə ildə onun ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq niyyətindəyik.
Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.
Nəhayət, təbii qaz sahəsində əməkdaşlığımız ətraf mühitin qorunması üzrə öhdəliklərimizə uyğun olmalıdır”, - Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sənədin imzalanması zamanı bildirib.
Bunu şərh edən ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza vurğulayıb ki, Aİ-nin əsas ölkələrinin SGC-ni genişləndirmək niyyətində olduğu artıq bir neçə aydır bəllidir.
“Bunun üçün Avropa İttifaqı və şirkətləri təbii qaz infrastrukturuna investisiya yatırmalıdır. Bu investisiya yatırımı təkcə SGC-nin Avropa seqmenti ilə məhdudlaşmamalı, həm də Cənubi Qafqaz Qaz Boru kəməri (SCP) və Trans-Anadolu Qaz Boru kəmərinin (TANAP) genişlənməsini əhatə etməlidir”, - Brayza deyib.
Azərbaycan ilə memorandum imzalanmamışdan əvvəl Aİ təbii qazdan istifadənin istixana qazı tullantılarına (CO2) səbəb olduğunu əsas gətirərək qaz nəqli infrastrukturuna investisiya yatırılmasına bir qədər ehtiyatla yanaşırdı. Lakin artıq hamı anlayır ki, qarşıdakı bir neçə onillik ərzində keçid dövrü yanacağı kimi təbii qaza tələbat qalacaq.
Başqa sözlə, Aİ təbii qazın istehlakını azaltmaq istəsə də, SGC-nin genişlənməsinə investisiya yatırılması zərurətini də başa düşür”, - Metyu Brayza bildirib.
Bolqarıstanın Baş naziri Kirill Petkov da ölkəsinin Azərbaycan təbii qazına ehtiyac duyduğu barədə danışmışdı. O bildirmişdi ki, Azərbaycan artıq razılaşdırılmış 1 milyard kubmetrə əlavə olaraq Bolqarıstana ilik 0,5 – 1 milyard kubmetr qaz nəql etməyə hazırdır. “Lakin biz hələ bu qazın Bolqarıstana çatdırılması yolunu tapmalıyıq”, - Petkov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra ölkəsinin mətbuatına müsahibəsində deyib.
Brayza bildirib ki, Azərbaycandan 1 milyard kubmetr təbii qaz idxal etmək imkanı çox cəlbedicidir, belə ki, bu, sadəcə Rusiya qazının idxalı ilə bağlı çatışmazlığı aradan qaldırmayacaq, həm də ölkənin özəl sektorunun inkişafına öz töhfəsini verəcək, bu da daha səmərəli iqtisadiyyat üçün zəruridir.
Brayza boru kəmərinin çəkilməsinin çox vaxt aparmayacağını, ixrac etmək üçün əlavə qaz mənbələrinin tapılmasına daha çox vaxt tələb olunacağını vurğulayıb. “Azərbaycan çox güman ki, 2027-2028-ci ilədək ixrac üçün əhəmiyyətli yeni qaz həcmlərinə malik olmayacaq”, - o bildirib və bu yanacağın hasilatı üçün yeni obyektlərin aşkarlanması və işə salınmasına vaxt tələb olunacağını əlavə edib.
Onu da qeyd etmək lazımdır ki, Aİ-nin çətin vəziyyətdə olduğunu göstərən daha bir addım enerji təchizatından daim silah kimi istifadə edən Rusiya qazının tədarükündə yarana biləcək fasilələrə hazırlaşmaq üçün qış ərəfəsində qənaət etmək məqsədilə qış fəslində təbii qaza olan tələbin könüllü şəkildə 15% azaldılması haqqında yaxın günlərdə razılaşdırılmış siyasi qərardır.
Beləliklə, qaz hasilatına və nəqlinə maliyyə qoyuluşunun artırılması ilə Azərbaycan təbii qazı Aİ-nin enerji təchizatının təmin olunmasında daha böyük əhəmiyyət kəsb edə bilər.
ABŞ-da Avtomatlaşdırılmış Yemək Pişirmə Robotları Restoranları Əvəz Edir
22:13 / 21-11-2024
Almaniyada Ağıllı Ofislər Üçün İqlim Nəzarəti Sistemləri
21:43 / 21-11-2024
İsveçdə Bioloji Paketləmə Texnologiyaları İnkubatoru Açıldı
21:19 / 21-11-2024
Hindistanda Süni İntellektlə İdarə Edilən Ticarət Analizi Platforması
20:42 / 21-11-2024
İtaliyada Qida Çatdırılması Üzrə Elektrikli Nəqliyyat Texnologiyası
20:21 / 21-11-2024
Fransada Yaşıl Enerji Layihələri Üçün Sahibkarlıq Yarışması Başladı
19:47 / 21-11-2024
Kanadada Təkrar Emal Sistemlərinin Rəqəmsallaşdırılması Layihəsi
19:24 / 21-11-2024
Portuqaliyada Aqrotexnologiya Sahəsində İnnovativ Həllər
18:45 / 21-11-2024
İspaniyada Ağıllı Ev Sistemləri Üzrə Yeniliklər
18:20 / 21-11-2024
Norveçdə Balıqçılıq Üçün Avtomatlaşdırılmış İzləmə Texnologiyası
18:16 / 21-11-2024
Yaponiyada Gələcəyin Pərakəndə Mağazaları Üçün Rəqəmsal Texnologiyalar
17:39 / 21-11-2024
Avstraliyada Turizm Texnologiyaları Üzrə İnnovativ Həllər
17:00 / 21-11-2024
Belçikada Logistika Sahəsində Süni İntellekt Tətbiqi
16:32 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
14:33 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
14:20 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
14:15 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
13:54 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
13:49 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
13:31 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
13:28 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
13:25 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
13:21 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
11:50 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
11:46 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
10:31 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
10:19 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
10:00 / 21-11-2024
ABŞ-da Süni İntellektlə Avtomatlaşdırılmış Ticarət Şəbəkələri Yaradılır
22:22 / 20-11-2024
Ekspert: “Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə investisiya qoyuluşunun zəruriliyini başa düşüb”
Bölməyə aid digər xəbərlər
Tarix: 28-07-2022, 14:49 Oxunub: 141
Bölməyə aid digər xəbərlər
18-07-2022, 20:25
Azərbaycan lideri və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
2-05-2022, 22:36
Transxəzəri cəmi 4-6 aya çəkmək mümkündür
1-05-2022, 16:00
Transxəzəri cəmi 4-6 aya çəkmək mümkündür
23-03-2022, 12:04
"Azərbaycanın sığorta şirkətləri qiymət artıra bilər"
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
12-02-2022, 21:12
Avropa Rusiya qazına alternativ olaraq Cənub dəhlizinə üz tutur – TƏHLİL
5-02-2022, 14:56
Avropanın indi Azərbaycana daha çox ehtiyacı var - TƏHLİL
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-01-2022, 11:00
Avropanın əsas problemi: Rusiya qazının asılılığından necə qurtulmaq olar? – TƏHLİL
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO