17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
Azərbaycan qazının Avropaya nəqlini həyata keçirən Cənub Qaz Dəhlizi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə artıq bir ildən çoxdur ki, tam istismardadır. Ötən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib və qazın Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan və Bolqarıstana nəqli baş tutub.
Hazırda isə qaz hasilatının, ixracın və dəhlizin əhatə dairəsinin genişləndirilməsi aktualdır. Bu və digər məsələlərin müzakirəsi ilə bağlı fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Toplantıda Cənub Qaz Dəhlizi ilə bağlı nailiyyətlər və perspektivlərlə yanaşı yeni enerji bazarları, dəhlizin Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi və enerji keçidi - karbohidrogen mənşəli yanacaqlardan istifadənin, metan tullantılarının azaldılması da müzakirə edildi.
Danışıqların istiqamətindən belə nəticə çıxartmaq olar ki, ilk növbədə əsas məqsəd Cənub Qaz Dəhlizinin ötürücülüyünün və əhatə dairəsinin genişləndirilməsidir. Bu səbəbdən yaxın vaxtlarda “Şahdəniz” yatağından da hasilatın artırılmasında təkidlidir. Görünən odur ki, Azərbaycan da bu artan tələbi qarşılamağa hazırdır.
Azərbaycan enerji mənbələrini genişləndirməklə qaz hasilatını və ixracı artıracaq
Fevralın 4-də Bakıda baş tutan iclasda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirak etməsi yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu göstərir. Azərbaycan isə Avropanın artan enerji tələbatını qarşılamağa hazırdır. Buna görə də növbəti dövrdə paralel olaraq hasilatı artıracaq.
Toplantıda tezliklə ən böyük qaz kondensatı yataqlarından olan “Abşeron”da hasilata başlanılacağının anonsu verildi. O cümlədən, “Babək” yatağının 400 milyard, “Ümid” yatağının 200 milyard kubmetrlik qaz ehtiyatları nəzərə çatdırılaraq tezliklə “Azəri-Çıraq-Günəşli”dən istismara verilməsi gözlənilən dərin qaz hissəsində yüz milyardlarla kubmetr mavi yanacaq olduğu vurğulandı.
Ölkənin təsdiq edilmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr və ən böyük yataq olan “Şahdəniz”in ehtiyatları bir trilyon kubmetr olduğu qeyd edildi. Yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində bunun daha da çox ola biləciyi diqqətə çatdırıldı. Bununla da Azərbaycan mövcud ehtiyatları ilə Avropanın enerjiyə olan tələbinin qarşılana biləcəyi elan etdi.
İndi Azərbaycan Avropa İttifaqı üçün ən etibarlı alternativ enerji təchizatçıdır
Bu gün dünyada artan enerji tələbinə uyğun olaraq qiymətlər də artır. Buna görə də Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Bununla da Avropa enerji təchizatında bir və ya bir neçə ölkədən asılılığı azaltmış olacaq.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizinin davamlı uğur hekayəsi olduğunu vurğulayır. İndi Avropa dəhlizin öz ötürücülük qabiliyyətinin artırılmasında daha çox maraqlıdır. Hətta coğrafi baxımdan dəhlizin genişləndirilməsi məsələsi belə araşdırılır.
“Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. ... Enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar”, - xanım Simsonun bu çıxışı Avropada hazırkı vəziyyətlə bağlı aydın mənzərə yaradır, həm də Avropanın mövcud geosiyasi gərginlik fonunda Azərbaycanı alternativ və etibarlı təchizatçı kimi gördüyünü sübut edir.
Qaz təchizatında alternativ mənbələr Avropa üçün indi daha çox vacibdir. Ukrayna və Rusiya arasındakı siyasi gərginlik Avropanın qaz təhlükəsizliyini bir qədər sual altında qoya bilər. Çünki Avropa qaz idxalında müəyyən qədər Rusiyadan asılıdır.
Yaxın zamanda qaz təchizatının Qərbi Balkanlara doğru genişləndirilməsi prioritet olacaq. Çünki, Kadri Simson çıxışında da bildirdi ki, bu ölkələrdə kömürdən daha çox dekarbonlaşdırılmış sistemə keçid önəmlidir, hətta bu təcili xarakter daşıyır, çünki kömürdən istifadə edən stansiyaların istismar müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir.
2022-ci ilin iyulunda artıq dəhlizin ötürücülüyünün nə qədər artırıla biləcəyi ilə bağlı nəticələr açıqlanacaq ki, bu da Avropa nümayəndəsinin də vurğuladığı kimi Aİ üçün olduqca əhəmiyyətlidir.
Azərbaycan alternativ - “yaşıl enerji”yə keçid hazırlığında da Avropaya dəstək verəcək
Toplantıda, Avropanın növbəti onillikdə tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət yetirəcəyi vurğulanıb. Qeyd edilib ki, Avropa böyük hidrogen bazarıdır və üçüncü ölkələrdən idxala açıqdır. Bu, Azərbaycan üçün bir növ ismarış xarakteri daşıyır. Çünki hazırda Cənub Qaz Dəhlizi ilə hidrogenin nəqli də araşdırılır.
Həmçinin Avropanın karbondan azad gələcəyində Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac olduğu görünür. Əslində, Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görüb. Son illər ərzində xüsusilə alternativ enerji mənbələrinə əhəmiyyətli investisiyalar edilib. Ölkəmiz həm də elektrik enerjisini ixrac edir və ixracda daha da uzağa, Avropaya qədər gedə biləcəyini istisna etmir.
Əslində, Azərbaycan Avropa üçün prioritet təşkil edən məsələlərin həllini illərdir ki, araşdırır və artıq reallaşdırmağa başlayıb. Toplantıda da qeyd edildiyi kimi, “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir.
Nəticə olaraq Azərbaycan qaz hasilatını növbəti dövrdə daha da artıracaq. Bu, ölkədaxili artan tələbin də qarşılanması deməkdir. Həm də iqtisadiyyatımız üçün artan ixrac, artan gəlir deməkdir. Digər tərəfdən isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun genişlənməsi onun regionda geosiyası mövqeyinin də möhkəmlənməsi göstərir. Həmçinin, görünən odur ki, Azərbaycan alternativ və bərpa olunan enerji ixracında da olduqca iddialıdır.
Bölməyə aid digər xəbərlər