Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gənclər və idman naziri voleybol federasiyasının fəaliyyəti ilə tanış olub – FOTO

Baxış: 437

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.
Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib. Fərid Qayıbov Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.
Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.
Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın voleybol komandasının baş məçqçisi Alla Həsənova iştirak ediblər.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.