Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı idmançı bir illik fasilədən sonra kəmər döyüşünə çıxır - FOTO

Baxış: 388
Sabah Moldovanın paytaxtı Kişinyovda MMA üzrə “Eagles FC”-nın növbəti yarışı keçiriləcək.
Sahibkartv.Az-ın xəbərinə görə, bu yarışda Azərbaycan təmsilçisi Mehman Məmmədov kəmər döyüşünə çıxacaq. Gecənin əsas döyüşü də elə bu olacaq.
Mehmanın rəqibi isə Belarus idmançısı Yevgeni Sibirski-Manko olacaq. 32 yaşlı Mehman indiyədək keçirdiyi yeddi görüşdən üçündə qalib gəlib, ötən ilin fevralında keçirdiyi sonuncu döyüşü isə baş tutmamış hesab edilib. 26 yaşlı Yevgeni isə keçirdiyi 12 döyüşdən 7-də qalib gəlib.
Qeyd edək ki, bu döyüş sabah Bakı vaxtı ilə saat 21:00-dan etibarən “Fea Fights” Youtube kanalı vasitəsilə göstəriləcək.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.