Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Ferentsvaroş” bundan artığını edə bilmədi” - UEFA “Qarabağ”dan yazdı

Baxış: 145
“Ferentsvaroş” bundan artığını edə bilmədi” - UEFA “Qarabağ”dan yazdı


UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la “Ferentsvaroş” arasında Bakıda keçirilən cavab oyunundan (2:3, ilk oyun – 3:1) və nəticədə ağdamlıların əsas mərhələyə yüksəlməsindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, yazıda Azərbaycan çempionunun 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması da xatırladılıb.

“Qarabağ” sonda “Ferentsvaroş”un həmləsinə tab gətirərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etdi. Lenni Cozef 12-ci dəqiqədə səliqəli kombinasiyanı başa vuraraq qonaqları hesabda irəli çıxardı. Lakin Leandro Andrade və Abdulla Zubirin yaxın məsafədən dəqiq zərbələri fasilədən əvvəl oyuna nəzarəti meydan sahiblərinə qaytardı.

Barnabas Varqanın penalti və Aleks Totun inanılmaz cərimə zərbəsindən sonra “Ferentsvaroş” geri dönüşə yaxın olsa da, Macarıstan çempionu bundan artığını edə bilmədi. “Qarabağ” 2017/2018 mövsümündə qrup mərhələsində debüt etdikdən sonra tarixində ikinci dəfə Çempionlar Liqasının əsas püşkatmasında çıxış edib”, - məlumatda qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.