Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Futbol tarixinin ən bahalı heyəti

Baxış: 221
Futbol tarixinin ən bahalı heyəti


“Çelsi”nin 2024-cü ildəki heyəti futbol tarixində ən bahalı heyət olub.
Bu barədə UEFA məlumat yayıb.
London klubunun futbolçularının ümumi dəyəri 1,656 milyard avro təşkil edib. Əvvəlki rekord 1,332 milyard avro ilə 2020-ci ildə “Real”a məxsus idi.
2024-cü ildə ən bahalı üç klubun siyahısına həmçinin “Mançester Siti” (1,294 milyard avro) və “Mançester Yunayted” (1,098 milyard avro) daxil olub.
Qeyd edək ki, hazırda “Çelsi” 46 xalla Premyer Liqanın turnir cədvəlində beşinci yerdə qərarlaşıb və lider “Liverpul”dan 21 xal geri qalır. London klubu sonuncu dəfə 2016/17 mövsümündə İngiltərə çempionu olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.