Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Millimizin baş məşqçi və kapitanı ən yaxşı futbolçu seçimində yanıldı

Baxış: 325
Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov və komandanın kapitanı Aysun Əliyeva “The Best” mükafatı üçün seçimlərini açıqlayıb.
Sahibkartv.az-וn məlumatına görə, 33 yaşlı mütəxəssis İspaniya "Barselona"sında çıxış edən Cennifer Ermosonu ən yaxşı qadın futbolçu hesab edib.
Əsgərov İngiltərənin "Çelsi" komandasından Emma Heysi ən yaxşı baş məşqçi adına layiq görüb.
Aysun Əliyeva da Siyəsət Əsgərovun səs verdiyi şəxsləri seçib.
Qeyd edək ki, FIFA-nın keçirdiyi səsvermədə yekun "3-lüy"ə qadın futbolçulardan Lüsi Brounz ("İngiltərə, "Mançester Yunayted"), Pernilla Harder (Danimarka, "Çelsi") və Vendi Renar (Fransa, "Lion"), ən yaxşı baş məşqçilərdən isə Emma Heys (İngiltərə "Çelsi"), Jan-Lük Vasser (Fransa, "Lion") və Zarina Viqmanı (Hollandiya millisi) düşüb. Bu isə Azərbaycan yığmasının baş məşqçi və kapitanının ən yaxşı futbolçu seçiminin yanlışlığı anlamına gəlir.
"The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.