41 yaşlı Tiaqo Motta "Yuventus"un baş məşqçisi təyin olunub. Motta məşqçilik karyerasına 2018-ci ildə futbolçu karyerasını bitirdiyi Paris Saint Germain-in gənclər komandasında başlayıb.
41 yaşlı Tiaqo Motta İtaliya Birinci Futbol Liqasının (Seriya A) komandalarından olan "Yuventus"un baş məşqçisi təyin edilib.
Klubdan verilən açıqlamada "İtalyan məşqçi ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanıb". deyildi.
Motta məşqçilik karyerasına 2018-ci ildə futbolçu karyerasını bitirdiyi Paris Saint Germain-in gənclər komandasında başlayıb.
Onun İtaliyadakı məşqçilik səyahəti 2019-cu ildə Genova ilə başlayıb, sonra Spezia və Bolonyada komandaya rəhbərlik edib.





































