Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AVRO-2024-ün açılış matçında fransalı hakim Klement Turpin fit çalacaq

Baxış: 331

2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO 2024) açılış matçı olan Almaniya - Şotlandiya matçını Fransa Futbol Federasiyasından olan referi Klement Turpin idarə edəcək. 
Almaniyanın ev sahibliyi edəcəyi AVRO 2024-ün açılış matçı 15 iyun Cümə günü GMT vaxtı ilə saat 22:00-da Almaniya ilə Şotlandiya arasında oynanılacaq.

FİFA lisenziyasına malik fransalı hakim Klement Turpin matç zamanı fit çalacaq. Turpinin köməkçiləri Fransa Futbol Federasiyasından olan Nikolas Danos və Benjamin Pages olacaq. Matçın dördüncü hakimi Fransua Leteksier olacaq.

Açılış matçında VAR kürsüsündə fransız Jerom Brisard oturacaq. Fransız Willy Delajod və italyan Massimiliano İrrati AVAR-da xidmət edəcəklər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.