Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Otman Bozdağ Palçıq Vulkanı püskürüb - Video+Yenilənib

Baxış: 81
Otman Bozdağ Palçıq Vulkanı püskürüb - Video+Yenilənib


Qaradağ rayonunu ərazisində vulkan püskürməsi olub.

Bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

***

ETSN-dən bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb.

Püskürmə güclü alovlanma ilə müşayiət olunub.

Bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.