Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tacir arıqlamasına səbəb olan xəstəlikdən danışdı

Baxış: 54
Tacir arıqlamasına səbəb olan xəstəlikdən danışdı


Tanınmış müğənni Tacir Şahmaloğlu son vaxtlar arıqlaması ilə bağlı narahatlıq keçirənlərə müraciət edib.

Sənətçi sosial şəbəkədə yayılan videosunda səhhətinin normal olduğunu bildirib. O qeyd edib ki, keçirdiyi qrip xəstəliyi ona bir müddət əziyyət verib və nəticədə çəki itirib.

Tacir Şahmaloğlu yaxınlarının və dostlarının ardıcıl zəng edərək onun səhhəti ilə maraqlanmasından da danışıb:

“Buradan bütün dostlarıma salam deyirəm. Məndən ötrü narahat olan bütün qohumlarıma təşəkkür edirəm. Adbaad demirəm, çünki çoxdurlar. Ümumilikdə istəyirəm ki, heç biriniz narahat olmayasınız. Hər şey öz qaydasındadır.

Sadəcə, insan bir balaca arıqlayır, bir az kökəlir. Xəstəlikdir, hamı üçündür, virus gəlir. Mən də qrip olmuşdum, qrip mənə bir az əziyyət verdi. Amma şükürlər olsun ki, yaxşıyam. Allah sizləri də yaxşı eləsin”.

Müğənni ona göstərilən diqqətə görə dostlarına, qohumlarına və yaxınlarına təşəkkür edib:

“Elə hər dəqiqəbaşı zənglər gəlir, narahat olursunuz, bilirəm. Narahat olmayın, narahatçılığa heç bir səbəb yoxdur. Yaxşı olacaq. Bir-iki günə, üç günə toparlanacağam, Allah qoysa”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.