Gürcüstanda SKANDAL: Azərbaycanlı merin qardaşı tutuldu – TƏFƏRRÜAT
Tarix: 7-04-2026, 13:12
/
Baxış: 333
Gürcüstanın Marneuli şəhər meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun çörəyin qiymətini qaldırmayan sahibkarı döydüyü iddia edilir. Musavat.com xəbər verir ki, bununla bağlı ictimai fəal Samirə Bayramova məlumat yayıb. Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığına görə K.İsmayılov bir qrup şəxslə onu amansızcasına döyüb.
“Merin ailə üzvləri artıq bir həftədən çoxdur ki, şəhərdə xaos yaradırlar. Onlar öz biznes maraqlarına görə çörəyin qiymətini süni şəkildə artırıblar və digər sahibkarları da eyni şeyi etməyə məcbur ediblər. Onlardan biri şəxsən mənimlə də əlaqə saxlamışdı. Tabe olmayanlardan biri isə bu gün vəhşicəsinə döyülüb. Bu hadisə haqqında məlumatı mənə ilk olaraq bu gün səhər tezdən hadisə yerində olan bir taksi sürücüsü verdi. Lakin onun mesajı spam qovluğuna düşdüyü üçün vaxtında görməmişəm. Bir az əvvəl isə başqa bir vətəndaş mənimlə əlaqə saxladı. O, polisə şikayət etmək istəyirmiş və hadisə barədə məlumatı o da eşidib”.
Samirə Bayramova qeyd edib ki, dediklərinə görə hazırda Marneuli polis idarəsində merin özü, onun müavini və parlament deputatı da var:
“Bu isə onların prosesə birbaşa cəlb olunması ilə bağlı əsaslı şübhələr yaradır. Bu, şəhərdə qanunun deyil, təsir və zorakılığın işlədiyini göstərən ciddi siqnaldır. Müvafiq qurumları faktların obyektiv və tam şəkildə araşdırılmasını təmin etməyə çağırırıq. Cinayətkarların yeri həbsxanadır. Qanun qarşısında bütün vətəndaşlar bərabərdir və istənilən zorakılıq və ya səlahiyyətlərdən sui-istifadə müvafiq hüquqi qiymətini almalıdır”.
Gürcüstan Daxili İşlər Nazirliyi K.İsmayılovu saxlayıb. Nazirlikdən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1 prima hissəsinin “b” bəndi üzrə aparılır. Bu da qrup halında zorakılıq deməkdir. Qurumun məlumatına görə, baş vermiş faktla bağlı istintaq davam edir.
Digər xəbərlər
Xəbər lenti
11:01
25-05-2026
25-05-2026
10:58
25-05-2026
25-05-2026
09:14
25-05-2026
25-05-2026
09:00
25-05-2026
25-05-2026
15:38
23-05-2026
23-05-2026
15:11
23-05-2026
23-05-2026
14:19
23-05-2026
23-05-2026
13:11
23-05-2026
23-05-2026
13:03
23-05-2026
23-05-2026
12:49
23-05-2026
23-05-2026
12:37
23-05-2026
23-05-2026
12:12
23-05-2026
23-05-2026
11:26
23-05-2026
23-05-2026
11:21
23-05-2026
23-05-2026
10:50
23-05-2026
23-05-2026
10:45
23-05-2026
23-05-2026
10:33
23-05-2026
23-05-2026
10:13
23-05-2026
23-05-2026
22:11
22-05-2026
22-05-2026
21:48
22-05-2026
22-05-2026
21:18
22-05-2026
22-05-2026
20:43
22-05-2026
22-05-2026
20:33
22-05-2026
22-05-2026
20:16
22-05-2026
22-05-2026
19:44
22-05-2026
22-05-2026
19:34
22-05-2026
22-05-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Suvarma və əkinçilik birlikdə 2026 sahibkarlığının əsas sütununa çevrilir
22-05-2026 22:11
/
351
Kənd təsərrüfatında ağıllı su həlləri yeni bizneslər yaradır
22-05-2026 21:48
/
270
Əkinçilikdə riskləri azaldan əsas amil texnologiya olur
22-05-2026 21:18
/
279
Suvarma sistemlərini yeniləyən kənd sahibkarları bazarda fərqlənir
22-05-2026 20:43
/
270
Əkinçilikdə gəlirli mövsümün sirri düzgün suvarmadır
22-05-2026 20:33
/
261
Su qənaəti edən fermerlər bazarda daha güclü görünür
22-05-2026 20:16
/
279








































