Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi

Baxış: 191
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək.

Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2.0-3.0 m. sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) verilən məlumata görə isə, hava şəraiti ilə əlaqədar qurumun gəmilərinin fevralın 10-u günün birinci yarısından etibarən fəaliyyətlərini yenidən bərpa etmələri gözlənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.