
Ən müasir yüksək xidmətli tibbi avadanlıqlarla təchiz olunmuş özəl tibb müəssisəsi MedLife 2024-cü ilin aprel ayında istifadəyə verilib. 98 çarpayılıq Hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri, o cümlədən ambulator şöbədə ginekologiya, travmotologiya, lor, oftolmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya xidmətləri fəaliyyət göstərir. Hospitalda 200 dən çox şəxs işlə təmin olunub.
Bu günə qədər olan xidməti müddətində MediLife Hospitalı xaricdən və yerli ixtisaslaşmış həkimləri dəvət edərək, qəbul günləri keçirir.
Həmçinin bu həftəsonu da- 1 və 2 mart tarixlərində Hospitalda ixtisaslaşmış həkimlərin qəbulları keçiriləcək.

Gülhane Askeri Tibb akademiyası məzunu Uzman Dəri həkimi Aqil Əliyev pasientləri qəbul edəcək.
DR. Aqil Əliyev uşaqlarda və böyüklərdə bütün növ dəri, tük, dırnaq xəstəlikləri akne və ya genclik sızanaqları, pullu dəmirov, ekzema, allergik dəri xəstəlikləri, atopik dermatit və s kimi xəstəliklərin müalicəsini həyata keçirir.

Mammoloq Dr.Günel Qəmbərova
Süd vəzi xərçəngi, döş kisti, Kistləri, fibroadenoma, mastodiniya,Mastalji (döş ağrısı) məmə axıntısı, duktal ektaziya Mastit İntraduktal, papilloma mondor xəstəliyi, qranulyar mastit xəstəlikləri üzrə müayinələr aparacaq.

Neyrocərrah Dr. Ismayıl Qarayev
Fəqərəarası diskin yırtıqları, fəqərə sürüşmələri, fəqərə sınıqları, onurğa və onurğa beyinin şişləri, baş beynin törəmələri, uşaq neyrocərrahiyyəsi, hipofiz adenomalarının endoskopik çıxarılamsı, kəllə-beyin travmaları, beyin qanamaları, karpal və kubital tunel əməliyyatlar icra edir.

Nevroloq Dr. Xəyalə Tahirov
Uşaq Serebral ifliç, poliomielit, piramid çatmazlıq, nitq ləngiməsi, əqli gerilik – Autizm, epilepsiya, beyin infarkti, miqren üzrə müalicə və müayinələr aparır.

Ultrases Müayine Hekimi Dr. Aidə Həsənova
Doppler 3-4D, hamiləlik Ginekoloji, uroloji-androloji, süd vəzinin ultrasəs müayinəsi, qarın boşluğunun ultrasəs müayinələrini həyata keçirir.

Ginekoloq Dr. Əfsanə Məsimova
Təbii Doğuş, qeysəriyyə, vaginaplastika, abdominoplastika, sonsuzluq, açıq-qapalı ginekoloji əməliyyatlar, labioplastika, histeroskopiya, hamiləliyin təqibi kimi prosedurlarla əlaqəli qəbullar keçirir.
2 mart tarixində isə, MedLife Hospitalında
Kardioloq DR.Anar Əliyev
Uroloq Onkouroloq DR. Elnur Mirzəyev
Qastreoentoloq Hepatoloq DR.Mətanət Cəfərova
Pediatr DR. Günay Rəsulova
Ortoped Travmatoloq DR. İlkin Cəlilov
Uşaq nevroloqu DR. Sadıqova Şamama
Uşaq Cərrahiyəsi və Urologiyası uzmanı DR. Tehran Abbasov
Nevroloq DR. Raisə Tahirova
Uşaq Endokrinoloqu DR. Samirə Nəsibova öz xəstələrini qəbul edəcək.
Hospitalın instaqram səhifəsində (@medlife_klinika) qeyd olunan əlaqə nömrələri ilə öncədən qeydiyyata yazılma mütləqdir.

































