Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ 12 mindən çox əfqanıstanlını təxliyə edəcək

Baxış: 288

ABŞ 2 500 Əfqanıstan vətəndaşını birbaşa öz ölkəsinə təxliyə edəcək.
NBC News telekanalı bu barədə məlumatı ABŞ administrasiyasındakı üç mənbəyə istinadən yayıb.
ABŞ Prezidenti Cozef Bayden bir müddət əvvəl bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını Birləşmiş Ştatlara təxliyə edəcəklər.
Mənbə iddia edir ki, artıq 2 500 əfqanıstanlı ailələri ilə birlikdə bütün təhlükəsizlik yoxlamalarından keçiblər.
Məlumatda həmçinin qeyd edilir ki, növbəti mərhələdə daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına və ya üçüncü ölkəyə köçürüləcək.
İlkin məlumatlara görə, onların da təxliyyəsi bir neçə gün ərzində başlayacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.