Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi

Baxış: 81
Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi


Ukrayna Prezidenti Volodimir Zelenski hərbi büdcədəki ehtiyacı qarşılamaq üçün Qərb tərəfdaşlarından daha 40 F-16 təyyarəsi və 8 milyard avro istəyib.
Bu barədə Zelenski Brüsseldə NATO-nun qərargahında Ukraynaya silah təchizatı üzrə təmas qrupunun (Ramşteyn formatı) iclasında videokonfrans vasitəsilə çıxış edərkən bildirib: "Bizə daha çox qırıcı təyyarə, daha çox F-16 lazımdır. Ukraynanın daha 40 F-16-ya ehtiyacı var".

Zelenski əlavə maliyyə dəstəyi də tələb edib: "Ukraynanın hərbi büdcə kəsirini ödəmək üçün bu il əlavə 8 milyard avroya ehtiyacı var. Biz tərəfdaşlarımızdan "Patriot" və IRIS-T raketlərini istəyirik".(Teleqraf)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.