Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Mançester Siti” Haalandı bu qiymətə sata bilər

Baxış: 225
“Mançester Siti” Haalandı bu qiymətə sata bilər


İngiltərənin “Mançester Siti” klubu norveçli hücumçusu Erlinq Haalandı yay transfer pəncərəsində satmağa hazırdır.
Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, klub rəhbərliyi maliyyə qalmaqalı fonunda komandanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq 26 yaşlı futbolçunun mümkün ayrılığı ilə barışıb.

Bildirilib ki, “şəhərlilər” Halandın transferi üçün 175 milyon avro tələb edəcəklər. Norveçli hücumçunun xidmətində Madrid “Real”ı, “Barselona”, PSJ və “Liverpul” maraqlıdır.

Qeyd edək ki, Haaland cari mövsümdə bütün turnirlər üzrə 14 oyunda 14 qol vurub. Onun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir.(Qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.