Day, Month 00, Year
00: 00: 00 AM
Gürcüstanda müxalif jurnalistlər parlament binasına daxil oldular - VİDEO


Gürcüstanda deputatlarla görüş tələb edən müxalif jurnalistlər parlament binasına daxil olublar.
“Sputnik Gürcüstan” xəbər verir ki, müxalifət televiziyası “TV Pirveli”nin qurucusu Vato Tseretelinin iclas salonuna girməyə qərar verməsindən sonra qanunverici orqanda dava başlayıb. O, yaralanıb.
Hazırda konfrans salonunda qarşıdurma davam edir, vəziyyət gərgin olaraq qalır.
Gürcüstan və Avropa İttifaqının bayraqlarını kürsüyə asan müxalifət nümayəndələri Tinatin Bokuçava, Yelena Xoştariya, Lela Keburia, Xatuna Samnidze, Ana Natsvlşvili parlamentin sədrinin yerinə keçiblər. Onlar tribunadan hökumətin istefasını tələb edirlər.
Məhkəmə icraçıları müxalifətin bir hissəsini salondan çıxarmağa çalışırlar.
Parlamentin plenar iclası pozulub.
“Bu, düşünülmüş təxribat idi. Onlar (müxalifət-red.) uzun müddətdir buna can atırdılar”, - deyə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan millət vəkili Şalva Papuaşvili bildirib.
Parlamentə girmədən əvvəl jurnalistlər baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətin istefasını tələb edən etiraz aksiyalarına davam edəcəklərini vurğulayaraq ortaq açıqlama yayıblar. Bunun səbəbi 5 iyul Tbilisidəki iğtişaşlar zamanı ağır döyüldükdən altıncı gün sonra vəfat edən “TV Pirveli”nin operatoru Lekso Laşkaravanın ölümü olub. Nümayişçilər hesab edirlər ki, səlahiyyətlilər iğtişaşlar zamanı vətəndaşları qorumadıqları üçün məsuliyyətə cəlb edilməlidirlər.


Tarix: 12-07-2021, 13:28 Oxunub: 115


Bölməyə aid digər xəbərlər