22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
Gürcüstanda “Tbilisi Pride” qeyri- hökumət təşkilatı cinsi azlıqlar üçün həmrəylik həftəsi təşkil edib və plana əsasən bu tədbir 5 iyul tarixində paytaxt Tbilisidə “Ləyaqət marşı” ilə başa çatmalıdır.
Sahibkartv.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu addım Gürcüstanda birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.
Belə ki, mühafizəkar radikal təşkilatlar və qruplar belə bir yürüşün keçirilməsinə qarşı çıxıblar və onun qadağan olunmasını tələb edirlər.
Nümayişçilərdən saxlanılanların olduğu bildirilir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, bu gün planlaşdırılan aksiya vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bir Baş nazir olaraq “heç bir xaosun, vətəndaş qarşıdurmasının” baş verməsinə yol verməyəcək.
O təəssüflə bildirib ki, bu günkü aksiyanın təşkilatçıları revanşist, radikal qüvvələrdir. Qaribaşvili onların arasında Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilini də nümunə gətirib.
Ölkənin Daxili İşlər Nazirliyi öz növbəsində “Tbilisi Pride” təşkilatçılarını planlaşdırılan bu tədbiri keçirməməyə çağırıb.
Nazirlik, həmçinin Rustaveli prospektində toplaşanları nizam-intizama, polisin qanuni tələblərinə riayət etməyə və etirazı qanun çərçivəsində bildirməyə səsləyib.
Qeyd edək ki, paytaxtda toplaşma və etiraz mümkün ola biləcək ərazilərə polislər yerləşdirilib və onlar xüsusi rejimdə işləyirlər.
Bölməyə aid digər xəbərlər