Rusiyanın kurort şəhəri Soçidə bir neçə gün davam edən yağışlar ucbatından onlarla küçə və ev su altında qalıb, yağışın əmələ gətirdiyi daşqın maşınları batırıb.Şəhərdəki vəziyyəti təsvir edən videolardan biri “Soçi№1” “Telegram” kanalda yayımlanıb.
Hökumət qurumları çaylarda suyun kritik səviyyəyə qalxması səbəbindən sakinlərin təxliyə olunacağına dair açıqlama verib.




































