Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan mühüm sazişi təsdiqlədi

Baxış: 243
Ərdoğan mühüm sazişi təsdiqlədi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan birgə müdafiə haqqında Məkkə sazişini təsdiqləyib.
Dövlət başçısının müvafiq sərəncamı hökumətin rəsmi nəşri olan “Resmi Gazete”də dərc edilib.

Sənəd tərəflərdən birinə xaricdən silahlı hücum olacağı təqdirdə digər ölkələrin qarşılıqlı hərbi yardım göstərməsini nəzərdə tutur.

Prezidentin sərəncamında deyilir: “Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında 2026-cı il avqustun 7-də Məkkədə imzalanmış əlavə edilən “Birgə müdafiə haqqında Məkkə sazişi”nin təsdiq edilməsi barədə qərar qəbul edilib”.

Pakistan və Səudiyyə Ərəbistanı daha əvvəl sazişin ratifikasiya prosedurlarını başa çatdırıblar. Sənədə əsasən, saziş çərçivəsində yaradılmış Birgə Müdafiə Komitəsinin katibliyinə sonuncu ratifikasiya sənədi təqdim edildikdən sonra qüvvəyə minəcək.

Saziş 2026-cı il avqustun 7-də Məkkədə imzalanıb. Onun müddəalarına əsasən, üç ölkədən hər hansı birinə kənardan edilən silahlı hücum bütün saziş iştirakçılarına qarşı hücum kimi qiymətləndiriləcək. Belə olan halda müttəfiqlər “qarşılıqlı dəstəyin bütün mövcud imkanlarından istifadə etməklə hücuma məruz qalan tərəfə dərhal yardım göstərəcəklər”.

Bununla belə, yardımın xarakteri və həcmi mövcud hərbi imkanlar və BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ nəzərə alınmaqla, vəziyyətin birgə qiymətləndirilməsinin nəticələrinə əsasən ayrıca müəyyən ediləcək.

Türkiyə rəsmiləri daha əvvəl xüsusi olaraq qeyd ediblər ki, sazişdə qoşun göndərilməsi ilə bağlı avtomatik öhdəlik nəzərdə tutulmayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.