
Avropa İttifaqının 3 ölkəsi 2027-ci il üçün Ukraynaya 45 milyard avro məbləğində əlavə maliyyələşdirmə təklifinə qarşı çıxıb.
Məlumatı Aİ sammitinin yekun mətbuat konfransında Avropa Şurasının prezidenti António Kosta açıqlayıb. Onun sözlərinə görə, məsələnin həlli dekabr ayına qədər təxirə salınıb: "İyirmi dörd Aİ ölkəsi Avropa Komissiyasının Ukraynaya 45 milyard avro məbləğində əlavə maliyyələşdirmə təklifini dəstəklədi. Onlardan biri olan Bolqarıstan bu maliyyələşdirmənin yalnız milli azlıqlarının yaşadığı bölgələr üçün ayrılacaq qeyri-hərbi hissəsini dəstəkləyəcək. Dekabr ayında keçiriləcək sammitdə bu məsələyə qayıdacağıq".
Beləliklə, əvvəllər bu proqramı dəstəkləməyəcəklərini açıqlayan Macarıstan, Çexiya və Slovakiya sammitdəki mövqeyini dəyişməyib.







































