Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Polislər etiraz aksiyasına çıxdı

Baxış: 144
Polislər etiraz aksiyasına çıxdı


Fransanın paytaxtı Parisdə təxminən 10 min polis əməkdaşı əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyasına çıxıb.
Yelisey çöllərində başlayan və Milli Assambleya binasına qədər davam edən nümayişin təşəbbüskarları "Alliance" və "Unite SGP Police-FO" həmkarlar ittifaqları olub.
"Tələblər sadədir: bu gün bizə daim deyirlər ki, polisləri qiymətləndirirlər və onlara hörmət edirlər, lakin maaşların artırılması baxımından heç nə baş vermir", - deyə "Alliance"nin baş katibi Fabyen Vanhemelrik bildirib.

O qeyd edib ki, polislərin işi getdikcə daha təhlükəli olur, lakin riskə görə əlavə ödəniş 2019-cu ildən bəri artırılmayıb. Onun sözlərinə görə, həmkarlar ittifaqının nümayəndələri həmçinin Fransanın daxili işlər naziri ilə görüş tələb edirlər.

Həmkarlar ittifaqları əməkdaşların sayının artırılmasını, onların lazımi avadanlıqlarla təmin edilməsini, təhlükəsizliyin yüksəldilməsini və əlavə vəsaitin ayrılmasını istəyirlər.

Növbəti aksiya polislərin 30 iyundakı etirazlarının davamı olub. Sentyabrın 4-də həmkarlar ittifaqlarının nümayəndələri daxili işlər naziri Loran Nuneslə büdcə məsələlərinə həsr olunmuş görüşün nəticələrindən narazı qaldıqlarını bildiriblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.