Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ukrayna müharibəsinin ağır BƏDƏLİ - Britaniya kəşfiyyatından SENSASİON AÇIQLAMA

Baxış: 54
Ukrayna müharibəsinin ağır BƏDƏLİ - Britaniya kəşfiyyatından SENSASİON AÇIQLAMA


Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə nəticəsində 500 min rusiyalı hərbçi həlak olub.

Bu barədə Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Riçard Nayton jurnalistlərlə söhbəti zamanı bildirib.

Naytonun sözlərinə görə, 2022-ci ilin fevralından etibarən Rusiyanın yaralılar da daxil olmaqla ümumi hərbi itkilərinin təxminən 1,5 milyon nəfər olduğu qiymətləndirilir.

O bildirib ki, bu itkilərin böyük əksəriyyəti 2023-cü ilin yanvarından sonrakı dövrə təsadüf edib.

Nayton həmçinin vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsində 500 min rusiyalı həlak olub.

“Mən hesab edirəm ki, bu rəqəmlər bu qədər cüzi irəliləyiş naminə insan həyatlarının mənasız və nəticəsiz şəkildə məhv edilməsini açıq şəkildə nümayiş etdirir”, - deyə o vurğulayıb.

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibənin Rusiya iqtisadiyyatına təsirindən də danışıb. Onun sözlərinə görə, müharibə “Rusiyada iqtisadi artımın yavaşlamasına, istehlakçı tələbatının zəifləməsinə və inflyasiyanın davamlı olaraq yüksək səviyyədə qalmasına səbəb olub”.

“Rusiya iqtisadiyyatı, əhalinin rifahı və gələcək perspektivləri üçün itkilər nəhəngdir”, - deyə Nayton əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.