Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Güclü zəlzələdə ölənlərin sayı 281-ə çatdı

Baxış: 135
Güclü zəlzələdə ölənlərin sayı 281-ə çatdı


Kolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı 281-ə yüksəlib. Təbii fəlakət nəticəsində minlərlə insan yaralanıb, yüzlərlə şəxsin taleyi isə hələ də məlum deyil.

Kolumbiya Prezidenti Abelardo de la Espriella mətbuat konfransında axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 3 971 nəfər yaralanıb, 379 nəfər isə itkin düşüb.

Prezident əsas prioritetin dağıntılar altında qalan insanların xilas edilməsi olduğunu vurğulayıb.

“Vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızdan istifadə edirik. Həmçinin yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin imkanlarından da yararlanırıq. Ürəyim qurbanların ailələri və hələ də itkin düşənlərlədir”, - deyə De la Espriella bildirib.

De la Espriellanın sözlərinə görə, zəlzələ nəticəsində 127 bina dağılıb, 65 841 ev zədələnib, 10 677 ev isə tamamilə dağılıb.

Ölkədə zəlzələdə həyatını itirənlərin xatirəsinə üç günlük ümummilli matəm elan edilib.

Fəlakətdən ən çox zərər çəkən şəhərlərdən biri olan Pereirada Prezident De la Espriella evlərini itirən ailələrə kirayə yardımı göstəriləcəyini açıqlayıb.

Kolumbiyada avqustun 7-də vəzifəyə başlayan Prezident zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması üçün xilasetmə və yardım işlərinin davam etdiriləcəyini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.