Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-da bəzi tələbələr məcburi peyvəndlənəcək

Baxış: 280
Son yeddi gündə dünyada beş milyondan çox insan koronavirusa yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bu barədə Cenevrədə keçirdiyi brifinqdə deyib.
“Sahibkartv” xəbər verir ki, Hindistanda altı gün ardarda infeksiya sayına görə anti-rekord yenilənir. Koronavirusun “Hindistan ştammı”nın qarşısını almaq üçün Britaniya bu ölkəni “yüksək risk”li dövlət siyahısına əlavə edəcək. Hətta Britaniyanın Baş naziri Boris Conson Delhi ziyarətini də ləğv edib.
Fransada xəstəxanaya yerləşdirilənlərin sayı get-gedə artır. Yerli mütəxəssislər vəziyyətin pandemiyanın ikinci dalğasının pik həddi ilə müqayisə edilə biləcəyini deyirlər. Baxmayaraq ki, hazırda ölkə əhalisinin təxminən beşdə bir hissəsi vaksinasiya edilib.
ABŞ-da yeni tədris ilindən etibarən böyük universitetlərin tələbələri yataqxanalarda qalmaq istəsələr, peyvənd olunmalıdırlar.
ABŞ səlahiyyətliləri 16 yaşdan yuxarı bütün sakinlər üçün vaksinasiyanın əlçatan olduğunu açıqlayıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.