
Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin mövcud vəziyyəti yaxşı anlayır və əvvəlki hərbi üstünlüyə malik olmadığını bilir. Ukrayna lideri iddia edib ki, Rusiyanın əsas üstünlüyü hazırda ballistik raketlərdən istifadə etmək və ölkənin şəhərlərinə hava zərbələri endirmək imkanıdır.
Prezident həmçinin qeyd edib ki, Ukraynanın həm cəbhədə, həm də hava müdafiəsi sahəsində əldə etdiyi nəticələr beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qiymətləndirilir.
ABŞ Prezidenti Donald Trampla və digər dünya liderləri ilə keçirdiyi görüşlərə toxunan Zelenski bildirib ki, beynəlxalq tərəfdaşlar Ukraynanın əvvəlki dövrlərlə müqayisədə daha güclü mövqedə olduğunu qəbul edirlər.








































