
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirdiyi hücum dalğası barədə hesabat yayıb.
komandanlığın X hesabında yerləşdirilən məlumata istinadən xəbər verir ki, ABŞ ordusu 90 hədəfə zərbə endirib: "Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri təxminən 90 İran hərbi hədəfinə zərbə endirib".
Hücum edilən hədəflər arasında komandanlıq hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə sistemlərini, raket və dron saxlama yerlərini və hərbi logistika infrastrukturunu sadalayıb.
Əvvəlki gün ABŞ qüvvələri İranda 80 hədəfə hücum edib.







































