Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi

Baxış: 63
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi


İtaliyanın Baş naziri Giorgia Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində digər liderlərə bir ay əvvəl siqareti tərgitdiyini bildirib.

“Euronews” xəbər verir ki, G7 liderləri ilə söhbətində Meloni qəhvə istədiyini deyir. Almaniya kansleri Fridrix Merz zarafatla ondan içkisi ilə birlikdə siqaret istəyib -istəmədiyini soruşur.

"Xeyr, mən siqareti atmışam", - deyə İtaliya Baş naziri cavab verir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen "Əhsən!" deyir və digər liderlər də bunu təsdiqləyərək alqışlayırlar.

İtaliya hökumətinin başçısı bir ay əvvəl siqareti tərgitdiyini açıqlayıb. Bundan sonra Britaniya Baş naziri Kir Starmer Avropa Şurasının prezidenti António Kostadan nə vaxt siqareti tərgitdiyini soruşub.

"Mən 2005-ci ildə tərgitmişəm… Bir daha çəkməmişəm... 21 il əvvəl”, - deyə Kosta cavab verir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Qəzza Sülh Zirvəsində İtaliya Baş nazirinin pis vərdişi Türkiyə Prezidentinin zarafatına səbəb olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.