Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı

Baxış: 45
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı


Ukrayna dronlarla Moskva Neft Emalı Zavoduna zərbə endirib.

Məlumatı Moskva meri Sergey Sobyanin təsdiq edib.

Onun sözlərinə görə, insan itkisi yoxdur.

Mer həmçinin Rusiya paytaxtına yaxınlaşan 60 Ukrayna dronunun zərərsizləşdirildiyini deyib.

Ukrayna mənbələri isə güclü yanğının baş verdiyi Moskva NEZ-dən görüntülər paylaşır.

Moskva vilayətinin daşıyıcısı olan "Mostransavto" şirkətinin mətbuat xidməti elan edib ki, şəhərin Kapotnya rayonunda nəqliyyatın hərəkəti Moskva Neft Emalı Zavoduna dron hücumundan sonra dayandırılıb: 305 nömrəli marşrut üzrə avtobuslar Verxnie Polya küçəsi boyunca hərəkət edir. Aşağıdakı dayanacaqlar müvəqqəti olaraq bağlanıb: "1-ci Kvartal Kapotnya", "Stadion" və "Demixov Xəstəxanasının Filialı".

Qeyd edək ki, bu neft emalı zavodu Kremldən 15 kilometr məsafədə yerləşir. Müəssisə Moskva yanacaq bazarının 40 faizə qədərini və Moskva və ətraf bölgənin benzin ehtiyacının təxminən 70 faizini təmin edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.