Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Rusiyanın planını pisləyən ölkələrə qoşulmayıb

Baxış: 72
ABŞ Rusiyanın planını pisləyən ölkələrə qoşulmayıb


Rusiyanın Kiyevə zərbə endirmək planlarını pisləyən bəyanatı Avropa ölkələri, Yaponiya və Cənubi Koreya imzalayıb, lakin ABŞ onu dəstəkləməyib.

Xarici mediaya xəbər verir ki, müvafiq sənəd BMT Təhlükəsizlik Şurasına təqdim edilib və Ukraynanın daimi nümayəndəsi Andrey Melnik tərəfindən oxunub. Bəyanatı bir neçə Avropa ölkəsi, eləcə də Yaponiya və Cənubi Koreya da daxil olmaqla təxminən 50 ölkə imzalayıb. ABŞ imzalayan tərəf kimi qeyd olunmayıb.

Bəyanatın verilməsinə Moskvanın Kiyevə mümkün "sistematik zərbələr" barədə xəbərdarlıqları, eləcə də xarici diplomatların şəhəri tərk etmələri ilə bağlı çağırışları səbəb olub.

Daha əvvəl ABŞ dövlət katibi Rubio da bu cür zərbələri pisləməkdən çəkinib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.