
ABŞ və İsrail hücumlarında yüksək vəzifəli şəxslərin öldürülməsi səbəbindən İranda "rejim dəyişikliyi"nin baş verdiyində indi tamamilə yeni bir qrup insanla qarşılaşırıq.
Bunu ABŞ Prezidenti Donald Tramp "New York Post"ə müsahibəsində deyib.
"Əvvəlkilər yoxa çıxdığı üçün tamamilə rejim dəyişikliyi baş verdi və indi tamamilə yeni bir qrup insanla qarşılaşırıq.
Qalibaf daha məntiqli davranır, bir həftə ərzində ABŞ-la işləyib-işləməyəcəyini görəcəyik", - Tramp qeyd edib.
İranın yeni lideri Müctəba Xameneinin sağ və ya ölü olub-olmadığı soruşulduqda Tramp deyib: "Müctəba Xamenei çox ağır yaralanıb. Yəqin ki, sağdır, amma düşünürük ki, o, çox pis vəziyyətdədir".







































