Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İrana qarşı müharibə demək olar ki, bitib - Tramp

Baxış: 45
İrana qarşı müharibə demək olar ki, bitib - Tramp



ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrail İranı hərbi baxımdan ciddi şəkildə zəiflədib və müharibə demək olar ki, sona yaxınlaşır.

Tramp bunu CBS News telekanalına müsahibəsində deyib.

Trampın sözlərinə görə, İranın artıq donanması, rabitə sistemi və hərbi hava qüvvələri faktiki olaraq qalmayıb.

“Onların raketlərindən demək olar ki, heç nə qalmayıb. Dronları isə hər yerdə, o cümlədən istehsal müəssisələri ilə birlikdə məhv edilir. Onlar artıq malik olduqları bütün imkanlardan istifadə ediblər. Əgər hansısa yeni addım atmağa çalışsalar, bu, həmin ölkənin sonu olacaq”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı da müxtəlif addımlar ata bilər. Onun sözlərinə görə, hazırda boğaz açıqdır və gəmilər hərəkət edir, lakin ABŞ-ın bu strateji keçidi nəzarətə götürməsi məsələsi də müzakirə olunur.

Tramp Müctəba Xameneinin İranın ali lideri vəzifəsinə təyin olunması ilə bağlı sualı şərh etməyib.

“Mənim ona heç bir mesajım yoxdur”, – deyə Ağ Ev rəhbəri bildirib və əlavə edib ki, İranın rəhbərliyi üçün başqa bir namizəd barədə düşünür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.