Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nur Pəhləvi Trampa təşəkkür etdi - İranda qalmaqal

Baxış: 36
Nur Pəhləvi Trampa təşəkkür etdi - İranda qalmaqal


İranın son şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi, müxalif fiqur Rza Pəhləvinin qızı Nur Pəhləvinin sosial mediada atdığı addım İranda ciddi narazılıq və sərt reaksiyalar doğurub.

Nur Pəhləvi ABŞ prezidenti Donald Trampın rəsmi "X" hesabında İranın ali dini lideri Əli Xameneinin öldürülməsi ilə bağlı paylaşdığı məlumatın altına “Çox sağ ol!” (“Thank you!”) şərhini yazıb. Qısa, lakin son dərəcə siyasi məna daşıyan bu mesaj qısa müddətdə geniş rezonans yaradıb.

Nur Pəhləvinin paylaşımı xüsusilə İran hakimiyyətinə yaxın media orqanlarında kəskin tənqid olunub. SEPAH-a bağlı informasiya resursları onun addımını sərt ifadələrlə hədəfə alaraq xəbəri “Devrilmiş İran şahının nəvəsinin həyasızlığı!” başlığı ilə yayımlayıblar.

Rəsmi dairələrə yaxın şərhçilər bu addımı “İran xalqına qarşı açıq hörmətsizlik” kimi qiymətləndirərək şah ailəsinin hələ də ölkəyə qarşı düşmən mövqedə olduğunu iddia ediblər. (Musavat.com)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.