Vensin İrəvan bəyanatı pərdəni qaldırdı: Ermənistan artıq...
Tarix: 10-02-2026, 09:00
/
Baxış: 918
ABŞ-nin vitse-prezidenti J.D. Vensin İrəvanda səsləndirdiyi açıqlamalar Ermənistan hakimiyyətinin bütün bu müddət ərzində verdiyi ziddiyyətli mesajların arxasındakı real qərarı üzə çıxardı.
Vens ABŞ-nin Ermənistanın nüvə energetikası sektoruna ümumilikdə 9 milyard dollar həcmində investisiya yatıracağını — 5 və 4 milyard dollarlıq tranşlarla maliyyələşmə aparılacağını — və ölkəyə kiçik modul reaktorlar (SMR) tədarük ediləcəyini bəyan edib. ABŞ rəsmisi bu texnologiyanın “hər ölkə ilə paylaşılmadığını” xüsusi vurğulayıb.
Qeyd edək ki, Ermənistan rəsmiləri indiyədək hansı atom elektrik stansiyasının və hansı texnologiya əsasında tikiləcəyi ilə bağlı suala aydın cavab verməkdən yayınırdı. Hətta ötən həftə keçirilən brifinqlərdə baş nazir Nikol Paşinyan İrəvanın hələ də yekun qərar qəbul etmədiyini, müxtəlif ölkələrin təkliflərini araşdırdığını bildirirdi. Onun sözlərinə görə, Ermənistan bu məsələdə ABŞ-la yanaşı Rusiya, Çin, Fransa və Cənubi Koreya ilə də danışıqlar aparırdı.
Lakin ABŞ-nin vitse-prezidentinin İrəvanda açıqladığı milyardlarla dollarlıq konkret investisiya paketi göstərir ki, rəsmi İrəvan əslində seçimini artıq edib. ABŞ texnologiyasına əsaslanan nüvə layihəsi Ermənistanın enerji təhlükəsizliyi ilə yanaşı, geosiyasi istiqamətinin də hansı tərəfə yönəldiyini açıq şəkildə ortaya qoyur.
Beləliklə, aylar boyu səsləndirilən “araşdırırıq”, “müzakirələr gedir” kimi bəyanatlar fonunda Ermənistan hakimiyyətinin qərarı çoxdan verdiyi, sadəcə bunu açıq şəkildə elan etmədiyi aydınlaşır.
Digər xəbərlər
Xəbər lenti
17:00
10-10-2026
10-10-2026
16:17
10-10-2026
10-10-2026
15:43
10-10-2026
10-10-2026
15:09
10-10-2026
10-10-2026
14:49
10-10-2026
10-10-2026
14:00
10-10-2026
10-10-2026
13:22
10-10-2026
10-10-2026
13:00
10-10-2026
10-10-2026
12:13
10-10-2026
10-10-2026
12:08
10-10-2026
10-10-2026
11:47
10-10-2026
10-10-2026
11:43
10-10-2026
10-10-2026
10:33
10-10-2026
10-10-2026
10:29
10-10-2026
10-10-2026
10:24
10-10-2026
10-10-2026
22:11
09-10-2026
09-10-2026
21:48
09-10-2026
09-10-2026
21:18
09-10-2026
09-10-2026
20:43
09-10-2026
09-10-2026
20:33
09-10-2026
09-10-2026
20:16
09-10-2026
09-10-2026
19:44
09-10-2026
09-10-2026
19:34
09-10-2026
09-10-2026
19:14
09-10-2026
09-10-2026
18:51
09-10-2026
09-10-2026
18:31
09-10-2026
09-10-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpağın dəyərini artıran görünməyən amil
09-10-2026 22:11
/
1 350
Su çatışmazlığı yeni biznes ideyaları yaradır
09-10-2026 21:48
/
918
Əkinçilikdə məhsuldarlıq yarışına yeni qaydalar gəlir
09-10-2026 21:18
/
1 269
Suvarma layihələri kənd sahibkarlığını canlandırır
09-10-2026 20:43
/
1 116
Torpağın gələcəyi su ehtiyatlarının idarəsindədir
09-10-2026 20:33
/
1 377
Fermerlərin yeni sərmayəsi texnika yox, su olur
09-10-2026 20:16
/
1 548








































