21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Fevralın 16-da Yaponiya hökuməti Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmadan yaranan humanitar böhranla bağlı yardım qismində Azərbaycana 1,2 milyon dollar məbləğində təcili qrant ayrılması qərarı verib.
Yaponiyanın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilir:
“Bu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən beynəlxalq cəmiyyətə ünvanlanmış yardım müraciətinə əsaslanaraq, zərərçəkmiş və evakuasiya məkanlarının bərpası, tibb sahəsinə dəstək, yardım ləvazimatlarının təqdim olunması kimi yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qrant yardımıdır.
Bu qrantda nəzərdə tutulmuş yardımlar aşağıda detallı şəkildə qeyd olunub.
- Bir qabaqcıl xəstəxanaya tibbi avadanlıqlarla bağlı yardım;
- Təxmini 500 nəfərə təhlükəsiz su mənbələrinə çıxışın təmin olunması;
- Təxmini 6400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqla mübarizə aparmaq üçün yardım ləvazimatlarının təmin olunması;
- Təxmini 8000 nəfər üçün qida yardımının həyata keçirilməsi.
Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlayıb, indiyədək təxmini 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirib.
Bundan sonra da, Yaponiya Azərbaycana yardımı davam etdirmək niyyətindədir”.
Bölməyə aid digər xəbərlər