Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Amerikalılar Trampın gələcəkdə dövlətdə vəzifə sahibi olmasını istəmir

Baxış: 322
Amerikalıların ən azı 56 faizi Senatda ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı gedən prosesi, habelə Trampın gələcəkdə hər hansı bir dövlət vəzifəsində çalışmasına qadağa qoyulmasını dəstəkləyir.
Bu barədə “ABC News” nəşri ilə “Ipsos” şirkətinin birgə keçirdiyi sorğu nəticəsində bəlli olub.
Belə ki, sorğu iştirakçılarının 56 faizi keçmiş prezidentin mühakimə edilməli və gələcəkdə dövlətdə vəzifə tutmaq imkanından məhrum edilməli olduğunu hesab edib. Respondentlərin 43 faizi isə Senatda davam edən prosesə mənfi yanaşıb. Sorğuda iştirak edən respublikaçıların 15 faizi Trampa qarşı qaldırılan ittihamları dəstəkləyib. Demokratlar arasında isə bu göstərici 92 faiz olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.