Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Anna Akopyan ABŞ-a üz tutdu - VİDEO

Baxış: 356
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Moskva səfərindən sonra indi də ABŞ-a üz tutub. 
Bu barədə erməni mətbuatı yazır. 
Mətbuatın yazdığına görə, A.Akopyan gecə saatlarında təyyarə ilə “Zvartnots” hava limanından “Doha”ya uçub, oradan isə Los-Ancelesə yola düşəcək. A.Akopyanı iki mühafizəçi müşayiət edib. 
Bildirilir ki, A.Akopyan Moskva səfərindən qayıtdıqdan sonra yoxluğunu ört-basdır etmək üçün ölən hərbçilərin ailələri ilə foto çəkdirib, paylaşıb. Bu da cəmiyyətin diqqətini çəkib. 
İnsanlar Paşinyan və Annanın paylaşımlarına münasibət bildirərək yazıblar ki, “Çox təəssüf ki, Nikol Paşinyan müharibədə ölən insanların ailələrini “massovka” kimi istifadə edir”. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.