Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğanla Putin İrəvanla Bakı arasındakı son durumu müzakirə edib

Baxış: 159
Ərdoğanla Putin İrəvanla Bakı arasındakı son durumu müzakirə edib


Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir sıra regional məsələləri, xüsusilə Cənubi Qafqazı, Ermənistanla Azərbaycan arasındakı son durumu, Yaxın Şərq, Şimali Afrikanı müzakirə edib.

Bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə görüşündə Putinlə Ərdoğan arasında görüş baş tutub.

"Bizim diqqətimiz həmçinin Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika kimi ümumi maraq kəsb edən məsələlərdir. Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı yaxşı qurulub, konkret, faydalı və deyərdim ki, etibarlı xarakter daşıyır", - Rusiya lideri bildirib.

Ərdoğan da öz növbəsində Putinin Türkiyəyə səfərini gözlədiyini bildirib.
"Sizi Türkiyədə görməyi səbirsizliklə gözləyirəm. Bizim təklifimiz qüvvədə qalır", - Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.