Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ankara ilə böhranların həlli üçün çalışırıq - Lavrov

Baxış: 216
Türkiyə ilə Rusiya bir-biri ilə qarşılıqlı əlaqələr çərçivəsində strateji baxış ortaya qoya bilir.
QanunXəbər.com xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
"Moskva və Ankara fərqli bölgələrdəki böhranların həlli üzərində aktiv çalışır. Rus və türk diplomatların, əsgərlərin, kəşfiyyat zabitlərinin maraqlarının qarşılıqlı qorunmasına əsaslanan hərtərəfli əməkdaşlığın görünən nəticəsi Suriyadakı əməkdaşlıqdır. İranla birlikdə daha davamlı bir həll mexanizmi olan "Astana" formatını qurmağı bacardıq. İdlib və Fəratın şərqi kimi problemli bölgələrdə Rusiya-Türkiyə müştərək patrul dəstələri yaradıldı, terror təşkilatlarını məhv etmək üçün işlər aparılır və suriyalı qaçqınların ölkələrinə qayıtması üçün şərait yaradılır", - Lavrov qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.