Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın hakim partiyası mənfəətini 42% artırıb

Baxış: 345
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2021-ci ili 2 milyon 507 min manat mənfəətlə başa vurub.
Partiyanın maliyyə hesabatına görə, bu, 2020-ci ilə nisbətən 42,2% azdır.

Ötən il YAP-ın gəlirləri 13 milyon 156 min manat (əvvəlki illə müqayisədə 7,05% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 11 milyon 26 min manat (6,6% çox), əmlakından gəlirləri 219 min manat (əvvəlki il olmayıb) dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 1 milyon 888 min manat (2,8% az), digər (faiz) gəlirləri isə 23 min manat (12,6 dəfə çox) təşkil edib. Hesabat dövründə Partiyanın xərcləri isə 10 milyon 650 min manat(1,2% çox), o cümlədən cari xərcləri 492 min manat (4,7 dəfə az), saxlanma və informasiya təminatı xərcləri 9 milyon 195 min manat (26,2% çox), fərdi xərcləri 52 min manat (əvvəlki il olmayıb), sair xərcləri isə 911 min manat (60,4% çox) olub. 
Bu il yanvarın 1-nə YAP-ın aktivləri 29 milyon 668 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,4% çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 2,4 dəfə artaraq 77 min manata, balans kapitalı isə 9,3% artaraq 29 milyon 592 min manata çatıb.
Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. Onun ehtiyat fondu 11,55 milyon manatdır. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 800 min üzvü olduğunu bəyan edir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.