22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Koreya Respublikasının xarici işlər naziri Chung Eui-yong arasında məktub mübadiləsi baş tutub.
Bu barədə "Sahibkartv.az"a Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verilib.
Nazir Ceyhun Bayramov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının müstəqillik illərimizdə uğurla inkişaf edən ikitərəfli münasibətlərin əsasının qoyulmasına şərait yaratdığını bildirib. Hazırda iki ölkə arasında siyasi, iqtisadi, mədəni, habelə humanitar sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edən nazir, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib. Ceyhun Bayramov, bir çox Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən infrastruktur və tikinti layihələrində yer aldıqlarını qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra bir sıra Koreya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq prosesində iştirak üçün dəvət olunmasının ölkələrimiz arasında qarşılıqlı etimad və anlaşmanın təzahürü olduğunu ifadə edib.
Nazir Chung Eui-yong, məktubunda son 30 ildə ölkələrimiz arasında qarşılıqlı anlaşma və dərin hörmət prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla, bütün sahələrdə inkişafının davamlı olduğunu qeyd edib. Nazir, növbəti illərdə də Azərbaycanla çalışaraq iki ölkə arasında tərəfdaşlığı daha da inkişaf etdirərək əlaqələrimizi şaxələndirəcəyimizə ümid etdiyini bildirib.
Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.
Bölməyə aid digər xəbərlər