Day, Month 00, Year
00: 00: 00 AM
Asan yolla Network Marketinq sistemindən pul qazanmaq istəyənlər.

Bu gün sizə adını son zamanlar eşitməyə başladığım və çox insanların ciddi və həyacana səbəb olan Network Marketinq haqqında danışacağam. Network-un nə olduğu mahiyyəti,necə fəaliyyət göstərməsi barədə məlumat verməyə çalışacağam. Ümid edirəm ki , bir çox insanların ağlında olan suallara aydınlıq gətirəcəyik. Hər hansısa işə başladığınızı düşünün ilk olaraq nə edərdiniz? Əlbəttə işinizin sektorunu tanımağa başlayarsınız. Onda isə bu sektorun nə olduğunu öyrənək. Network Marketinq bir başa ən müasir satış növüdür. Bəs bir başa satış nədir? Firma tərəfindən istesal edilən məhsul müxtəlif vasitələrdən keçərək gəlib çatır ve təbii olaraq da deyək ki, 100$-lıq məhsul alıcıya 180$-a başa gəlir. Bizə biznesdən fərdi olaraq istehsal edilən məhsul alıcıya distributor tərəfindən çatdırılır. Bunun müqabilində şirkət həmin ortaq itirdiyi pulu öz rəsmi təmsilcilərinə müəyyən etdiyi qazanc planı ilə paylayır. Bu yolla da məhsulun qiyməti çox artmır həmdəki dahada asanlıqla məhsul müştəriyə çatdırılır. Bir mehsulun satmagın bir neçə üsulu var. Parakəndə satış, tele marketinq və s. Ümumiyyətlə marketinqin önəmi həyatımızda hər zaman böyük olmuşdur. İnsanlar hər zaman necə daha yaxşı marketinq edəcəkləri haqqında düşünmüşlər. İstifadə edilen ən geniş yöntəm isə reklam olmuşdur. Lakin getdikcə reklamın özündə də müəyyən suallar yaranmağa başlayır. Necə bir reklam daha yaxwı satış gətirə bilər. Əlbəttə ki, güvənli bir reklam. Bəs bu güven necə əmələ gəlir? Satış ediləcək  şəxsə  güvənilir şəxsin tövsiyəsi ilə. Elə şirkətlər var ki, milyonlarla reklama pullar xərcləyir onlar etdikləri axmaqlıqdır?  Əlbəttə ki, yox. Lakin daha yaxşı bir yol olmalıdır. Amma ən əsası sistemdə olan şirkətin məhsulları haqqında haradan məlumat aldınız? Bu düşüncə ilə irəliə getməyə başlayırlar. Araşdırmam nəticəsində insanların birə-bir tövsiyəsinin hər hansı bir reklamdan daha təsirli olmasıdır. Bildirmək istəyirəm ki, bu nəticə Network marketinqin yaranmasına səbəb olub. Əlbəttə ki , Network ilə çalişmaq sizə əlavə qazanc əldə etmək imkanı yaradır. Mütləq şəkildə bu işə başlamamışdan əvvəl firmanın məhsulun gücünə və qazanc planının davamlılığının çox diqqətlə nəzər yetirin və analiz edin. Çünki, heç də bütün şirkətlərin məqsədi sizə əlavə qazanc etdirmək və yaxud da  məhsulun faydasını vermək deyil. Burada saxta və dolandırıcı şirkətlər fəaliyyət göstərməkdədir. Onların əsas məqsədi insanların pulunu almaq, yəni onlara xəyal satmaq yolu ilə aldatmaqdır. Bir sözlə asan yolla Network sistemindən pul qazanmaq istəyənlər üçün sizləri özlərinə yem etməsinlər.  Bu  şirkətlərin bizdə də büsat alması danılmazdır. Yolumuza dəvam edərək bu cür şirkətlərin başında duran əcnəbi və ya yerli insanları yaxın vaxtlarda ifşa etməyə çalışacayıq.

Rüstəm Zülfüqarlı


Tarix: 14-03-2022, 11:49 Oxunub: 258


Bölməyə aid digər xəbərlər