Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlər barədə məlumatlar açıqlandı - CƏDVƏL

Baxış: 300

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırmasını təmin etmək məqsədilə kompleks tədbirlərini davam etdirir. Bu gündən Dövlət Xidmətinin rəsmi internet səhifəsində Xidmət tərəfindən baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərin cədvəli yerləşdirilib.
Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli
İstənilən şəxs keçid vasitəsilə ərizə verən və haqqında iş qaldırılan bazar subyekti, qanun pozuntusu əlamətləri, işə baxılmanın təyin edildiyi vaxt, yer və baxılan işin statusu barədə məlumat əldə edə bilər.
Qeyd edək ki, cədvəldə təqdim olunan məlumatlar mütəmadi olaraq yenilənəcək.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.