Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputatın həbsdəki oğlu bu partiyanın üzvüdür - MARAQLI FAKT

Baxış: 81
Deputatın həbsdəki oğlu bu partiyanın üzvüdür - MARAQLI FAKT


Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əhməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür.
 Modern.az xəbər verir ki, bunu Arzuxan Əlizadənin özü 2026-cı il aprelin 2-də verdiyi müsahibədə övladları barədə danışarkən deyib:
"Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksək nəticələrlə başa vurub. Zamanında imtahanlarda da yüksək bal toplamışdı, lakin müəyyən dövrlərdə siyasi baxışlara görə qarşısında maneələr də yaradılmışdı. Buna baxmayaraq, sonradan dövlət qulluğu imtahanlarından uğurla keçdi, uzun müddət məhkəmə sistemində çalışdı və hazırda hakim kimi fəaliyyət göstərir. İnanıram ki, o bundan sonra da öz vəzifəsini layiqincə yerinə yetirəcək.

Böyük oğlum və qızım partiyanın üzvləridir və müxtəlif strukturlarda fəaliyyət göstərirlər. Onların gələcəkdə siyasətdə davam edib-etməyəcəyi isə artıq öz seçimlərindən asılıdır.

Ümumiyyətlə, siyasət kifayət qədər çətin sahədir. Bəzən insan özü hansı çətinliklərdən keçdiyini bildiyi üçün istəmir ki, övladları da eyni yolu seçsinlər. Amma mən heç vaxt onların seçiminə müdaxilə etməmişəm. Əgər bu yolu seçmək istəsələr, təbii ki, mane olmaram və dəstək verərəm".

Bir daha qeyd edək ki, Əhməd Əlizadə deputatın böyük oğludur və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Əhməd Əlizadə Əhmədli qəsəbəsində yerləşən kafedə qətllə nəticələnən kütləvi davada iştirak etdiyi üçün saxlanılıb.

Xatırladaq ki, deputat Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, AMİP-ə 2015-ci ildən rəhbərlik edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.